AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - “Qloballaşan dünyada, Fransa xarici siyasətini tamamilə dəyişməlidir”

  • + A
  • - A
  • 30-11-2020, 08:00

    Politoloq Ülkər Piriyeva – AzadMedia.az - a açıqlamasında, “Fransanın xarici siyasətinin tamamilə dəyişməli” olduğunu bildirib.
    Fransa Senatı, ermənipərəst addımlarına yenisini əlavə edərək, Azərbaycan ərazisi ilə bağlı qalmaqallı bir qərar imzaladı. Əslində, ermənipərəst senatorlar tərəfindən qəbul edilən bu qərar təxribat xarakterli də qiymətləndirilə bilər.

    Vasitəçilik missiyasını öz üzərinə götürən Fransanın, belə bir qərarı qəbul etməsi birmənalı olaraq, Azərbaycan cəmiyyətindəki ədalətli vasitəçi kimi nüfuzuna xələl gətirməklə bərabər, bu ölkənin bitərəfliyi ilə bağlı ciddi şübhələr doğurur.
    Açıqcası, Fransa belə təxribat xarakterli qərarlar qəbul etmək yerinə, dünyada və bölgədə sülh, sabitlik və inkişafa xidmət edən fəaliyyətlərlə məşğul olmuş olarsa, həm öz marağına, həm də bölgənin davamlı inkişafına yardım etmiş olar.
    Fransanın Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, 30 ilə yaxındır, Ermənistanın qanunsuz işğalına göz yumması, qərəzsiz davranması lazım olan bütün hallarda işğalçı Ermənistanın tərəfini tutması, məyus edici haldır.
    Bir sözlə, bu qərarın Fransa Senatında səs çoxluğu ilə qəbul edilməsi, Fransanın gələcəyi ilə bağlı narahatlıq yaradır.
    Ümid edirik ki, əsassız iddiaları, böhtanları və ciddi qəbul edilə bilməyən təklifləri özündə cəmləşdirən bu qərara Fransa hökuməti məhəl qoymayacaq və bundan sonra xeyirxah bir düşüncə ilə hərəkət edəcəkdir. Bu cür qərəzli və təxribat xarakterli cəhdlərin bölgəmizə və dünyaya sülh, əmin-amanlıq və sabitlik gətirməkdən çox uzaq olduğunu xatırladaraq, ölkəmizə qarşı bu cür düşmən addım atanlara cavab olaraq, beynəlxalq hüquq və bərabərliyin qorunması naminə zidd addımlar atmamalarını tövsüyyə edirik.
    Əgər, keçmişə nəzər salsaq, Macronun indi və prezident seçkilərində dedikləri ilə Fransanın mövcud siyasəti arasında ciddi ziddiyyətlər olduğunu açıq şəkildə görürük..
    Bu gün, dünya ölkələri arasında düşmən, müttəfiq anlayışından daha çox, ortaqlıq anlayışına üstünlük verilərsə, daha yerinə düşərdi. Görünür, Rusiya bunu anlamış olsa da, Fransanın anlaması ya daha gec olacaq, ya da heç olmayacaqdır.
    Nəticə etibarilə, Fransa nə olduğunu yenidən təyin etməli, qloballaşan bir güc halına gəlməsi üçün daha təvazökar olması lazım gəlir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR