AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün Suriyada prezident seçkiləri keçiriləcək

  • + A
  • - A
  • 26-05-2021, 07:56


    Bu gün Suriya Ərəb Respublikasında prezident seçkiləri keçiriləcək. Seçkilərdə hazırkı dövlət başçısı Bəşşar Əsəd favoritdir.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Məhəmməd Rahmon Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, seçkilərdə 18 milyondan çox seçici iştirak edəcək. Səsvermə 12 102 seçki məntəqəsində keçiriləcək. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq və 19:00-a qədər işləyəcək.

    Rahmon qeyd edib ki, hakimiyyət koronavirusa yoluxma təhlükəsini nəzərə alaraq, qabaqcadan zəruri sanitar-profilaktik tədbirlər həyata keçirib. "Vətəndaşların rahatlığı üçün hər şey edilib, onlara yalnız sosial məsafəyə riayət etmək və qoruyucu maskalardan istifadə etmək qalır", - o vurğulayıb.

    Seçkilərdə dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparır: Bəşşar Əsəd, Sosialist Partiyasından deputat Abdulla Sallyum Abdulla və müxalifət nümayəndəsi Mahmud Əhməd Murai.

    Suryada prezidentin səlahiyyət müddəti yeddi ildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR