AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanın regionlarının əksəriyyətində parlament seçkiləri başa çatıb - YENİLƏNİB

  • + A
  • - A
  • 10-01-2021, 21:40


    Qazaxıstanın əksər ərazilərində parlamentin aşağı palatasına, həmçinin yerli səlahiyyətli orqanlara növbəti seçkilərdə səsvermə bitmiş hesab olunur.

    TASS-ın yaydığı məlumatda belə deyilir.

    Həmçinin bildirilir ki, bir neçə qərb regionunda səsvermələr bir saat gec bitəcək.

    Respublikada 9900 seçki məntəqəsi fəaliyyət göstərib. Bundan başqa, 66 seçki məntəqəsi ölkədən xaricdə təşkil olunub.

    10:22

    Qazaxıstanda parlament məclisinə (aşağı palata) və məslihatlara (hakimiyyətin yerli nümayəndəlikləri) növbəti seçkilərdə səsvermə davam edir.

    Nur-Sultan vaxtı ilə saat 07:00-da (Bakı vaxtı ilə 05:00) Qazaxıstanın əksər bölgələrində seçki məntəqələri açılıb.

    Nur-Sultan vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 06:00) ölkənin qərb bölgələrində - Qərbi Qazaxıstan, Atırau, Aktübin, Qızıl Orda və Manqistau vilayətlərində səsvermə başlanılıb.

    Artıq yerli vaxtla saat 12:00-a olan iştirak faizləri açıqlanıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Anastasiya Şeqortsova brifinqdə açıqlama verib.

    O qeyd edib ki, seçkilərində iştirak aktivliyi 28,8 %-dir.

    Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev və həmçinin birinci prezident – Elbası Nursultan Nazarbayev də seçkilərdə səs veriblər.

    Dövlət başçısı Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs verib.

    Səsvermədən sonra Tokayev bildirib ki, seçkilər ölkə demokratiyasının inkişafında addım olmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR