İbrahim Cəfərov,
ADAU-nun rektoru, professorBir neçə gün öncə içərisində jurnalistlərin də olduğu maşının Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşməsi hamımızı məyus edib. Məsələ münasibət birmənalı deyil və müxtəlif versiyalar irəli sürülür. Bu gün Baş Prokurorluğun yaydığı məlumat söylənən versiyalardan birinə daha yaxındır. Hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.
3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Hadisə baş verəndən sosial şəbəkələri, dünya ölkələrinin baş verən hadisəyə münasibətini izləyirəm. Təəssüf ki, bu dəfə də möcüzə baş vermədi. Özünü demokratik adlan Qərb və Avropa dövlətləri dinc şəraitdə baş vermiş bu hadisəni görməzdən gəldilər. Bu faciəli hadisə cənab Prezident İlham Əlyevin qatıldığı dünyanın nüfuzlu dövlət tədbirlərində dəfələrlə səsləndirdiyi mina basdırılmış ərazilərin xəritəsinin verilməli olduğunu bir daha aktuallaşdırdı. Nə qədər ki xəritələr verilməyib, hələ çox ürəyimiz yanacaq, çox vətəndaşlarımız mina qurbanı olacaq. Azərbaycan humanist dövlətdi, müharibədən üzü bu yana humanist davranır. Dəfələrlə əsrlər qaytarılıb, 3 tərəfli sülh müqaviləsindən sonra ermənilərə Laçın və Kəlbəcəri boşaltmaq üçün əlavə vaxtlar verilib. Bütün bu hadisələr Avropa və Qərbin gözü qarşısında baş verib, hətta həmişə qərəzli münasibəti ilə seçilən ATƏT də ölkənin humanizm qərarlarını alqışlayıb. Bəs niyə tələblər və təkliflər birtərəflidir? Niyə bu qüvvələr ikili standartlardan əl çəkmir? Cavabsız suallar çoxdur. Bəxtimiz onda gətirib ki, ölkəni müdrik siyasətçi Heydər Əliyev məktəbinin layiqli davamçısı, bütün dünyaya diplomatiya dərsi keçən İlham Əliyev kimi prezidentimiz, Ali Baş Komandanımız idarə edir. İnanırıq ki, tezliklə bütün cavabsız suallara aydınlıq gətiriləcək, şəhidlərin qanı yerdə qalmayacaq. Allah Prezidentimizi, xalqımızı, ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.