İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələri - AzTV-nin operatoru Sirac Abışovla “Azərtac” xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin minaya düşdüyü anın görüntüləri yayılıb.