AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının xilası günü kimi tarixə qızıl hərflərlə yazılmış bir gündür

  • + A
  • - A
  • 10-06-2021, 23:00


    Xalqımızın xoşbəxtliyini öz canından əziz tutan Ulu Öndər Heydər Əliyev ölkəmizi çətin vəziyyətdən xilas etdi. Dövlət quruculuğunun təməlini qoydu. Azərbaycanın vahid Milli Ordusunu yaratdı. Mənfur düşmənimiz Ermənistana qarşı dünyada siyasi məsələnin düzgun istiqamətləri müəyyən edildi.
    Azərbaycan xalqının bu gün ki, inkişafı Heydər Əliyevin uzaq görən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın Rəşadətli Ordusu 44 günlük Böyük Vətən Müharibəsinin qələbə sevincini xalqımıza bəxş etdi.
    Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında demişdir : bizim müharibəmiz təkcə Faşist Ermənistan dövlətinə qarşı deyil, bizim müharibəmiz Faşizim əlehinə müharibədir.
    Artıq işğal olunmuş rayonlarda böyük quruculuq işləri aparılır. Zəngəzur dəhlizinin açılması Azərbaycan xalqının iqtisadi və siyasi qələbəsi kimi qeyd olunmalıdır.
    Azərbaycan Respublikasının Milli Məclisin deputatı Məhşur Məmmədovun Real Tv-də çıxışı zamanı demişdir. Zəngəzur dəhlizinin Türk dövlətləri arasında əməkdaşlığı, ölkələr arasında siyasi və iqtisadi əhəmiyyəti Azərbaycanın surətlə inkişafı deməkdir.
    Doğrudanda Zəngəzur dəhlizi Azərbaycanın bir daha inkişafında mühüm rol oynayacaqdır.
    Millət Vəkili Məşhur Məmmədov 20 May 2021ci il tarixdə çıxışı zamanı bildirmişdi ki Türk dünyasının böyük oğlu Rəcəb Təyyub Ərdoğanın Azərbaycana, Şuşaya səfəri Azərbaycan və Türkiyənin bütün dünyaya növbəti mesajı olacaqdır. Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan "Masallı Təhsil Fondu" və onun əməkdaşları xalqımızı Qurtuluş günü münasibəti ilə təbrik edir və Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə verdiyi töfsyələri uğurla yerinə yetirməklə Muasir Azərbaycan gənclərinin təhsilinə öz köməyini göstərəcəkdir.

    Masallı Təhsil Fondunun Direktoru H. Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR