AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramovla Yeni Zelandiyanın Azərbaycana yeni təyin olunan səfiri arasında görüş keçirildi

  • + A
  • - A
  • 11-06-2021, 18:04


    11 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Yeni Zelandiyanın ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Vendi Hintonu qəbul edib.

    Nazir Ceyhun Bayramov Vendi Hintonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Nazir Azərbaycan və Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin inkişafı perspektivlərini qeyd edib və əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.

    Nazir, həmçinin səfir Vendi Hintona münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə vəziyyət, mina təhlükəsi və doğurduğu fəsadlar, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.

    Səfir Vendi Hinton ölkəsinin bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, texnoloji tətbiqlər, su elektrik stansiyaları və digər sahələrində inkişaf etdiyini bildirib, bu və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini vurğulayıb.

    Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR