AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belarus səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO

  • + A
  • - A
  • 29-01-2021, 20:23



    Xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Andrey Ravkovun etimadnaməsinin surətini qəbul edib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə Andrey Ravkovu təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Belarus arasında mövcud olan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. İki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirilib. Nazir Ceyhun Bayramov hər iki ölkənin mövqeyinin beynəlxalq hüquq prinsipləri, xüsusilə də suverenlik, beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslandığını ifadə edib.

    Nazir müstəqilliyinin ilk günlərindən etibarən Azərbaycanın üzləşdiyi təhlükəsizlik təhdidləri, ərazilərinin 20%-nin Ermənistan tərəfindən hərbi işğalı, etnik təmizlənməsi, onilliklər ərzində davam edən işğal siyasəti, nəhayət 44 günlük Vətən Müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyulması və bölgədə hazırda mövcud olan vəziyyətlə bağlı Belarus səfirinə məlumat verib.

    Səfir Andrey Ravkov Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makeyin salamlarını Nazir Ceyhun Bayramova çatdırıb. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə inkişaf edən əməkdaşlıq münasibətlərinin əsasında hər zaman beynəlxalq hüququn müstəqillik, suverenlik və ərazi bütövlüyünə dəstək prinsiplərinin dayandığı vurğulanıb. O, ikitərəfli əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Hərbi əməliyyatlar dayandırılması və sülhün bərqərar olunması səyləri münasibətilə məmnunluq ifadə edən Belarus səfiri, hazırkı mərhələdə üçtərəfli razılaşmaların yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib.

    Tərəflər, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üzrə razılıqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR