AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” adlı beynəlxalq elmi-praktiki konfransda Baş Prokurorluq nümayəndələri iştirak edib

  • + A
  • - A
  • 29-06-2021, 11:36


    Cari ilin 24-25 iyun tarixlərində Belarus Respublikasının İstintaq Komitəsinin yaradılmasının onilliyi və Komitənin ixtisasartırma və peşə hazırlığı institutunun yaradılmasının ildönümü ilə əlaqədar “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak etmək üçün Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərinə səfər etmişdir.

    Konfransın gedişində Baş prokurorun birinci müavini çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi barədə konfrans iştirakçılarına geniş məlumat vermişdir. Çıxış zamanı iştirakçılara “Azərbaycan Respublikası timsalında prokurorluq işçilərinin peşə hazırlığı sahəsində müasir tendensiyalar” adlı elmi məqalə təqdim edilmişdir. Çıxış konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, mövzuya dair iştirakçıların sualları ətraflı cavablandırılmışdır. Səfər çərçivəsində nümayəndə heyəti ilə Belarus Respublikası İstintaq Komitəsinin sədri Dmitriy Qora arasında görüş keçirilmiş, iki ölkə arasında formalaşmış zəngin tarixə malik və ilbəil daha da dərinləşən münasibətlər diqqətə çatdırılmaqla, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

    Həmçinin, nümayəndə heyəti Belarus Respublikasının Baş Prokuroru Andrey Şved tərəfindən qəbul olunmuşdur. Görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanaraq, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi və səmərəli hüquqi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur. Bundan başqa, nümayəndə heyəti konfransda iştirak edən bir sıra ölkələrin nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR