AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arsen Avakovun istefa vermə səbəbi açıqlandı

  • + A
  • - A
  • 16-07-2021, 15:00


    “Ukraynanın daxili işlər naziri Arsen Avakov ölkə Prezidentinin istəyi ilə istefa verib”.

    Azadmedia.az xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko “Ukrayna 24” telekanalının efirində deyib.

    “Ölkə Prezidentinin qərarı Arsen Avakova istefa verməsini təklif etmək idi. Avakov da bu qərarı qəbul etdi”, - deyə Qeraşenko vurğulayıb.

    Onun sözlərinə görə, bu addım çoxdan hazırlanırdı və çox az adamın xəbəri var idi.

    Qeyd edək ki, A. Avakov iyulun 13-də istefaya getməsi barədə ərizə yazıb. Ukrayna Ali Radası isə iyulun 15-i onun istefasını qəbul edib.

    Xatırladaq ki, erməni mənşəli Arsen Avakov ilk dəfə 2014-cü ilin fevralın 27-də Ukraynanın DİN rəhbəri təyin edilmişdi. Bunun ardınca, 2019-cu ilin avqust ayında yenidən bu vəzifəyə təyin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR