Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin xarici işlər naziri təyin olunacaq.
AzadMedia.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Nəşr mənbələrinə istinad edərək bildiri ki, ölkə rəhbərliyi bu məsələ ilə bağlı artıq yekun qərar qəbul edib.
Bundan əvvəl erməni mediasında XİN rəhbəri postuna parlamentin spikeri Ararat Mirzoyanın, yaxud baş nazirin müavini Mqera Qriqoryanın təyin ediləcəyi ilə bağlı xəbərlər yayılıb.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca müavinləri – Qaqik Qalaçyan, Avet Adonts, Artok Apitonyan, Armen Qevondyan vəzifələrindən gediblər. Sonuncunun istefası qəbul olunmayıb. Hazırda o, müvəqqəti olaraq Ayvazyanı əvəz edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.