Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı növbəti hesabatını təqdim edib.
O qeyd edib ki, ümumilikdə VI çağırış Milli Məclisin iş fəaliyyətinin dünyadakı pandemiya dövrü ilə üst-üstə düşməsi hər kəs kimi millət vəkilləri üçün də müəyyən çətinliklər yaratdı. Bu çətinliklərə baxmayaraq işlərimizi Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk açılışındakı konseptual çıxışında irəli sürdüyü fəaliyyət planına uyğun quraraq hər bir seçicimizin yanında olmağa, onların problemləri ilə yaxından tanış olmağa, onlardan gələn müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirməyə və həlli üçün lazımi tədbirləri görməyə çalışdıq.
Hesabat dövründə şəhid ailələri və qazilərimizlə sıx təmas qumağa, ailələrinin yanında olmağa, qayğıları ilə maraqlanmağa, onları narahat edən məsələləri aidiyyəti qurumlar qarşısında qaldırmağa çalışdıq.
Hesabat dövründə ümumilikdə yazılı 101, şifahi 617, sosial şəbəkələr vasitəsilə 747 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradaraq, problemlərini diqqətdə saxladıq.
Bu dövrdə Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə aktiv olmağa çalışdıq, ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyət kəsb edən mövzulara münasibət bildirdik. Hesabat dövründə 100-dən artıq yazılı və elektron mediaya müsahibə verdik.
Ümid edirik ki, 2021-ci ilin ikinci yarısında iş fəaliyyətimizə ciddi təsir göstərən koronavirus pandemiyası səngiyəcək. Bu çətinliklər arxada qalacaq və seçicilərimizin daha çox yanında olmağa çalışacağıq, onlarla birgə uğurlu nəticələrə nail olacağıq deyə Ceyhun Məmmədov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.