AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili seçicilərinə 6 aylıq fəaliyyəti barədə hesabat verdi

  • + A
  • - A
  • 10-08-2020, 10:57

    Millət vəkili seçicilərinə 6 aylıq fəaliyyəti barədə hesabat verdi

    6-cı çağırış Milli Məclisin üzvü Anar Məmmədov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən millət vəkili olaraq 2020-ci ilin mart ayından etibarən bu günədək olan dövrdə fəaliyyətinə dair seçicilərinə hesabat verib.

    Deputatın Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yarımillik fəaliyyətlə bağlı hesabatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejmi ilə əlaqədar olaraq indiyə kimi seçicilərlə 12-si səyyar, 12-si onlayn, 8-i telefon danışığı olmaqla ümumilikdə 32 görüş keçirilib. Anar Məmmədov ona ünvanlanan məktub və müraciətlərə hər zaman aidiyyatı seçki dairəsindən olmasalar da belə xüsusi diqqətlə yanaşıb.

    Görüşlər zamanı seçiciləri narahat edən problemlər dinlənilib, onların həlli istiqamətində mümkün olan variantlar araşdırılıb, deputatın səlahiyyəti çərçivəsində həll olunması mümkün olanlar həll olunub və ya aidiyyatı qurumlara ünvanlandırılıb. Bununla yanaşı ötən dövr ərzində deputat mart ayından etibarən 4300 seçici müraciəti qəbul edib, bu müraciətlərdən 40 %-i müsbət həllini tapıb, 47,4 %-i hazırda icraatda olan müraciətlər, 12,6 % isə əsassız müraciətlər olub. Deputatın qəbulunda olan seçicilər 25 % infrastruktur, 21 % təmir-tikinti, 19 % şəxsi problemlər, 17 % sosial problemlər, 10 % səhiyyə və 8 % hüquqla bağlı problemlərə görə müraciət ediblər.

    Seçicilər ilə keçirdiyi görüşlər zamanı Anar Məmmədov yolların asfaltlaşdırılması, kəndlərə mavi qazın verilməsi, kəndlərin elektrik enerjisi təchizatının yaxşılaşdırılması və yeni transformatorların quraşdırılması, susuzluqdan əziyyət çəkən vətəndaşlara yeni su çənlərinin qoyulması və ya bərpa edilməsi və s. məsələlərin həllinin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində reallaşdırıldığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən regionlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu daima qeyd edib, seçicilərin diqqətinə çatdırıb.

    Deputat fəaliyyəti dövründə istər bayram günlərində, istərsə də pandemiya ilə əlaqədar olaraq 96 saylı Goranboy-Naftalan seçki dairəsi ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, habelə imkansız ailələrə, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan insanlara, bütövlükdə isə 2355-dən çox ailəyə ərzaq yardımı edib. Belə ki, Novruz bayramı münasibətilə 470, pandemiya ilə əlaqədar 280, Ramazan bayramı münasibətilə 350, Qurban bayramı münasibətilə 1255 ailəyə bayram sovqatı göndərilib. Beləliklə, yarımillik fəaliyyəti dövründə Anar Məmmədov Cənab Prezident İlham Əliyevin dediyi kimi, dövlət qulluqçusu xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir prinsipinə sadiq qalaraq “Daha güclü Azərbaycan naminə” hər zaman seçiciləri ilə sıx ünsiyyətdə olub, onların qayğıları ilə maraqlanıb.

    Təbii ki, qarşıdakı müddətdə də qaldırılan bütün məsələlərin həlli daima deputatın şəxsi nəzarətində olacaq, müvafiq hakimiyyət orqanları ilə müştərək həll üçün səy göstəriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR