Saxta yanğın ittihamından sonra Naxçıvanın atəşə tutuldu. Ermənilər əlçatan bütün nöqtələrə hücum edirlər. Onlarla sülh şəraitində yaşamaq olacaqmı?
“İş orasındadır ki, biz qələbə çalandan sonra öz təkliflərimizi irəli sürmüşük və onlara sülh sazişi imzalamaq təklifi ilə çıxış eləmişik. Yəni ki, biz hətta demişdik ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları ola bilər. Hüquqlardan istifadə edə bilərlər. Biz onlara əl uzadaraq bir sıra məsələlərin həllində öz humanitar addımlarımızı atmağa hazır olmağımızı təklif etmişik” deyən poltoloq Fikrət Sadıxov əlavə etdi ki, dövlətlər arasında demarkasiya olunmuş sərhədlər olmalıdır.
Bizim.Media ilə dialoq zamanı politoloq sonda qeyd olunanı reallıq adlandırdı və bildirdi ki, Ermənilər bütün bu məsələlərdən boyun qaçırır:
“Niyə? Ona görə ki, bunların əsas sənəd və proqramlarında Azərbaycana qarşı iddialar indiyənə qədər aradan götürülməyib. Onlar indiyədək bizim bir sıra məntəqə, şəhər, ərazilərimizi Ermənistan torpaqları hesab edirlər. Bu iddialar aradan götürülməyənə qədər düşünmürəm ki, biz sülh şəraitində yaşaya, nəbilim əməkdaşlıq edə bilək, müxtəlif istiqamətlərdə münasibətlərimiz inkişaf etsin. Yəni, bizdən asılı olan addımlar atılıb, onların belə yanaşması isə ümidverici deyil. Bu mövzuda optimist yanaşmamız yersiz olar”, - deyə Fikrət Sadıxov münasibətini tamamladı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.