AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Roma-Katolik Kilsəsinin Ordinarisi - "Azərbaycan tolerant ölkədir, burada bütün xalqlar sülh şəraitində yaşayırlar"

  • + A
  • - A
  • 16-10-2020, 16:13

    AzadMedia.az xəbər verir ki, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Azərbaycan tolerant ölkədir, burada bütün xalqlar sülh şəraitində yaşayırlar, deyib.

    Belə ki, o bildirib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi təqdim etməyə çalışırlar: “Ancaq onlar buna nail olmayacaqlar. Bu müharibə torpaq uğrunda, işğal edilmiş torpaqların azad edilməsi uğrunda gedir”.

    V.Fekete qeyd edib ki, Azərbaycan şəhərləri ermənilər tərəfindən atəşə tutulur: “Münaqişə zonasından uzaqda yerləşən dinc sakinlər ermənilər tərəfindən atəşə məruz qalır, günahsız uşaqlar, qadınlar, qocalar qətlə yetirilir. Katolik kilsəsi olaraq biz bu məsələlərə biganə qala bilmərik. Ermənilər gəncəyə günahsız insanların üstünə raket atanda biz bundan çox kəndərləndik və bu əməli pisləyən bəyanat yaydıq. Azərbaycan bizim vətənimizdir. Tez bir zamanda ədalətin bərpa olunması, ölkəmizdə sülhün bərqərar edilməsini istəyirik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR