Almaniya Kansleri Angela Merkel və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
Azadmedia.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Liderlər Əfqanıstandakı vəziyyəti və vətəndaşların təxliyəsi məsələlərini müzakirə ediblər.
Merkel və Bayden iki ölkənin təhlükəsizlik qüvvələrinin Kabil hava limanında əməkdaşlıq etməsi barədə razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.