Onunla bağlı mövqeyimə görə peşimanam – Merkel
Daxili Kəşfiyyat Təşkilatının rəhbəri Hans Corc Maassenlə bağlı mövqeyimdən dolayı peşimanam.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel bildirib.
Merkel şəxsi olaraq, xətaya yol verdiyini, Maassenlə bağlı aparılan araşdırmaya da lazımi əhəmiyyət verilmədiyini söyləyib.