Prezident AMB-nin sədr müavinini vəzifədən azad etdi
Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Xəqani Abdullayev vəzifəsindən azad edilib.
Bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.
Məlumata görə, bir müddət əvvəl X.Abdullayev vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazıb.
Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprel ayında sədr müavini təyin edilib, 2015-ci ilin aprelində isə İdarə Heyətinin üzvü seçilib.