Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli iclası keçiriləcək.
AzadMedia.az xəbər verir ki, iclas 18-19 oktyabr tarixlərində baş tutacaq.
Proqrama əsasən, heyətlər TBMM-də 15 iyul 2016-cı il tarixində çevriliş cəhdi zamanı "Şərəf" zalında zərər görən ərazini ziyarət edəcək.
İclas çərçivəsində oktyabrın 19-da Türkiyə, Azərbaycan ve Gürcüstan parlamentlərinin Xarici əlaqələr komissiyaları birgə mətbuat konfransı da nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.