AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradacaq

  • + A
  • - A
  • 26-11-2017, 11:56

    Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradacaq












    Türkmənistan Məclisi (parlament) noyabrın 25-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən "Lyapis lazur" nəqliyyat dəhlizinin yaradılması barədə sazişi ratifikasiya edib.
    Trend bildirir ki, saziş noyabrın ortalarında Aşqabadda Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri səviyyəsində imzalanıb. İmzalama mərasimi Əfqanıstan üzrə VII İqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində baş tutub.

    Bu dəhlizin Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcəyi nəzərdə tutulur. Daha sonra dəhliz Xəzər vasitəsilə Bakıya və Tbilisidən keçməklə Ankaraya, oradan isə İstanbula uzadılacaq. Gürcüstan ərazisində nəqliyyat dəhlizinin Poti və Batumiyə şaxələndirilməsi nəzərdə tutulur.
    Layihənin dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir.

    Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit mineralının rənginə uyğun götürüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR