AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos ilə görüşüb

  • + A
  • - A
  • 19-10-2021, 16:54


    Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos ilə görüşüb.
    Spiker görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə mövcud olan münasibətlər haqqında fikirlərini bildirib. O, əlaqələrin inkişafında qanunverici orqanların rolundan danışaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib.
    Görüşdə spiker Sahibə Qafarova səfirə Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib. O deyib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Azərbaycan bununla, həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü hesabına həyata keçirib.
    Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini və ölkəmiz üçün yeni mərhələnin başlandığını bildirən Milli Məclisin sədri qeyd edib ki, hazırda Azərbaycan Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış Vətən müharibəsində işğaldan azad edilmiş bütün ərazilərimizi bərpa edir, yenidən qurur. O vurğulayıb ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyir. Azərbaycan əməkdaşlığa açıq, multikultural ölkədir.
    Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos qəbula görə minnətdarlığını bildirərək, Azərbaycanın müstəqillyinin bərpasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib və parlamentlərin bu prosesdə iştirakının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR