AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Biz enişli-yoxuşlu günlər keçiririk”

  • + A
  • - A
  • 4-11-2021, 18:03


    “Pandemiya dünya iqtisadiyyatına dərin köklər salıb və mənfi fəsadlar törədib. İtkilər yalnız rəqəmlərlə ifadə olunmur. Dünyada 52 milyon tələbə neqativ təsirlərdən əziyyət çəkib. Hökumətlər çox halda qapanmalara getdi və bunun fəsadlarını görürük”.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

    O bildirib ki, pandemiya dövrünün ortasındayıq: “Lakin biz enişli-yoxuşlu günlər keçiririk. Bu cür tendensiya davam etsə, 5 milyon insan ölə bilər. Biz birlikdə səylərimizi səfərbər etməklə pandemiyanın öhdəsindən gələ bilərik. Pandemiya mənfi fəsadlarsız ötüşməyəcək. Bu gün 70-80 faiz vaksinləşmə yalnız inkişaf etmiş ölkələrdədir. Lakin elə ölkələr var ki, orada heç 10 faiz əhali vaksin olunmayıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR