“Aktiv koronavirus xəstələrinin hər hansı ailə şənliyinə gəlməsi qatillikdən başqa bir şey deyil”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisinin sözlərinə görə, bu, birgə məsuliyyətdir: “Hər bir vətəndaş öz addımlarına məsuliyyətlə yanaşsa, biz vaksinasiyada uğur əldə edəcəyik. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiq olmamasına səbəb peyvəndləmədir. Bizdə bu gün 24 % peyvəndləmə edilib. Biz bunu 60 %-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə yaxınlarımızı peyvəndləməyə çağırırıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.