Rusiyanın Moskva şəhərində "3+3" formatı görüşü keçirilib.
AzadMedia.az-ın İranın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsinə istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Əlireza Həqiqiyan ölkələr arasında "3+3" formatında əməkdaşlığı dəstəkləyib.
O bildirib ki, "3+3" formatı İran İslam Respublikasının regional siyasətlərinə uyğundur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.