İran Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.
Bu barədə İran XİN məlumat yayıb.
Bildirilib ki, İran XİN Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır. Həmçinin, münaqişənin sülh yolu ilə həllinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulanıb.
İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Səid Xətibzadə beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşmağın zəruriliyini qeyd edib.
Xətibzadə Ermənistan-Azərbaycan sərhədində baş verənləri regionda sülh üçün təhlükəli adlandırıb və İranın münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.