AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlahiyyat İnstitutunun bir qrup müəllim və tələbəsi kilsəni ziyarət edib

  • + A
  • - A
  • 13-12-2021, 11:39


    Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup müəllim və tələbəsi Bakı şəhərinin müqəddəs Jen Mironosets Kafedral Kilsəsini ziyarət edib. Pravoslav Kilsəsi ilə tanışlıq çərçivəsində tələbələr bazar günü liturgiyasında iştirak ediblər.
    Liturgiyanın sonunda Bakı Yeparxiyasının mətbuat katibi, Kafedral Kilsənin keşişi, protoierey Konstantin Pominov qonaqlar üçün kilsədə ekskursiya keçirib. Keşiş onlara Pravoslav Kilsənin quruluşu, rəmzləri və liturgik həyatı barədə məlumat verib, həmçinin maraq doğuran sualları cavablandırıb.

    Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunduğu kimi, ali təhsil müəssisəsi qarşısında duran məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR