AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DQİDK yanında İctimai Şuranın üzvləri Bakıdakı “Müqəddəs Jen-Mironosits” Rus Pravoslav kafedral Kilsəsini ziyarət edib

  • + A
  • - A
  • 7-05-2021, 19:15


    Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın üzvləri Bakıdakı “Müqəddəs Jen-Mironosits” Rus Pravoslav kafedral Kilsəsini ziyarət edib, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun fəaliyyəti ilə tanış olublar.

    Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi protoiyerey Mefodi Əfəndiyev, İdarənin mətbuat katibi Konstantin Pominov və DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə və sədr müavini Çingiz Bayramov, üzvləri Rauf Zeyni, Vasif Sadıqlı, eyni zamanda Komitənin şöbə müdiri Yaqut Əliyeva iştirak edib.

    Görüş zamanı Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi protoiyerey Mefodi Əfəndiyev dini qurumun fəaliyyəti, ölkəmizdə mövcud olan tolerantlıq və multikultural mühiti, dövlətimizin dini konfessiyalar üçün yaratdığı şərait barədə danışıb. Bildirib ki, bu kilsə 1909-cu ildə məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və ianələr hesabına inşa edilib. 1920-ci ildə sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olub. Müstəqillik illərində təmir-bərpa edilən kilsənin açılış mərasiminə Ulu Öndər Heydər Əliyev iştirak edib. Kilsənin bərpasında azərbaycanlı xeyriyyəçi iş adamı Aydın Qurbanovun böyük xidmətləri olub. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2002-ci ildə ilk dəfə, 2009-cu ildə isə yenidən dövlət qeydiyyatına alınıb. Ölkəmizdə yaşayan rus pravoslavlarının hər zaman Azərbaycan dövləti tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayan M.Əfəndiyev, həmçinin görüş iştirakçılarını Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilən, Yeparxiyanın tərkibində fəaliyyət göstərən Pravoslav Dini Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında da məlumatlandırıb.

    İctimai Şura üzvləri bütün dünyada ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü bir dövrdə Azərbaycanda mövcud olan sabitlik, əmin-amanlıq, tolerantlıq mühitinin önəminə toxunaraq bu sabitliyi qorumaq üçün hər bir kəsin səy göstərməli olduğunu vurğulayıblar. Qeyd ediblər ki, bu cür görüşlərin keçirilməsində əsas məqsəd dövlət tərəfindən qeydiyyata alınan dini konfessiyaların fəaliyyəti, dini qurumlar arasındakı əməkdaşlıq mühiti ilə daha yaxından tanış olmaq məqsədi daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR