KTMT-nin Qazaxıstana göndərdiyi qüvvə ən uzağı Almatı
şəhərində nəzarəti təmin edə bilər.
Bu nümayişkaranə qoşun yeritmə əməliyyatı daha çox psixoloji xarakter daşıyır. Yəni ki, rus ordusu gəlir, qaçın. Azadmedia.a xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli şəxsi facebook səhifəsində billdirib. O qeyd edib ki, Rusiyanın bütün Qazaxıstan vilayətlərinə qoşun göndərəcək böyüklükdə quru qüvvələri yoxdur, belə bir niyyəti olduğuna da inanmıram. Bunun üçün gərək rezervistləri də çağırsın, bu isə nəhəng xərclər tələb edən böyük çaplı işdir, xüsusən əsas qruplaşmaların Ukrayna sərhədinə cəmləşdirildiyi bir şəraitdə.
Yəni, görünən odur ki, məsələ yerli hökumətlə xalq arasında həll olunacaq. Hökumətin gücü və resursu çatsa, ölkəyə nəzarəti təmin edəcək, gücü çatmasa, xaos davam edəcək - o vaxta qədər ki, insanların tələbləri yerinə yetirilsin.
Hazırda isə etiraz aksiyalarını və kollaborant Tokayev üzərində təzyiqi davam etdirməklə bağlı ciddi problem yoxdur - təbii ki, camaat bezib, yorulub evə dağılışmasa...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.