AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Koreya Kim Çen Inın nəzarəti altında yeni hipersəs raketinin buraxıldığını iddia edir

  • + A
  • - A
  • 12-01-2022, 07:50


    KXDR Müdafiə Elmləri Akademiyası 06 yanvar 2022-ci il, Şimali Koreyanın Pxenyan şəhərində hipersəs raketinin sınağını keçirib.
    Sınaqların Şimali Koreya lideri Kim Çen Inın nəzarəti altında keçirildiyi bildirilib.
    Dövlət xəbər agentliyi KCNA çərşənbə axşamı atılan raketin təxminən 1000 km (621 mil) uzaqlıqdakı hədəfi "dəqiq vurduğunu" qeyd edib.

    Azadmedia.az xarici kiv-lərə istinadən xəbər verir ki, bu, Şimali Koreyanın ballistik raketlərdən daha uzun müddət ərzində aşkarlanmadan qaça bilən hipersəsli raketin üçüncü sınağıdır.

    Testlərdən ikisi bir həftə ərzində, Kim Yeni il nitqində Pxenyanın müdafiəsini gücləndirmək üçün and içdikdən sonra baş verdi.
    Cənubi Koreya və Yaponiya çərşənbə axşamı atılan raketin Şimali Koreyadan dənizə doğru atıldığını bildiriblər.
    KCNA xəbər agentliyi daha sonra bunun hipersonik raket olduğunu və "üstün manevr qabiliyyətinə" malik olduğunu söylədi.
    Şimali Koreya bundan əvvəl yanvarın 5-də hipersəs raket sınağını uğurla həyata keçirdiyini bildirmişdi. Bu addım ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla, Pxenyanı "sabitliyi pozan hərəkətlərini" dayandırmağa çağıran ölkələrin qınaqına səbəb olub.

    Hipersonik silahlar adətən ballistik raketlərdən daha aşağı hündürlükdə olan hədəflərə doğru uçur və səs sürətindən beş dəfə çox - və ya təxminən 6,200 km/saat (3,850 mph) sürətə çata bilir.

    Şimali Koreya hipersəs raketləri yaratmaq cəhdində ABŞ və Çin də daxil olmaqla az sayda ölkəyə qoşulur.

    ICBM v hipersəs qövsünü göstərən diaqram
    Dövlət mediası tərəfindən paylaşılan fotoşəkillərdə ölkə başçısı Kimin testi məmurlarla birlikdə izlədiyi görünür. Xəbərlərə görə, o, 2020-ci ilin martından bəri ilk dəfə rəsmi olaraq raket buraxılışında iştirak edir.

    Şimali Koreyanı izləyən Koreya Risk Qrupunun baş icraçı direktoru Çad O'Karroll Reuters agentliyinə bildirub ki, Kim yəqin ki, qeyri-rəsmi olaraq aralıqda digər sınaqlarda iştirak etsə də, [Şimali Koreya qəzeti] Rodong Sinmun-da bu görünüş və xüsusiyyəti vacibdir:
    "Bu o deməkdir ki, Kim əsas yeni texnologiyanın sınaqları ilə şəxsən əlaqəli olmaqdan narahat deyil. Və ABŞ-ın bunu necə gördüyü vecinə deyil."
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR