Şimali Koreya lideri itkin düşüb
Şimali Koreya lideri Kim Çen In “itkin” düşüb.
Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb. Qeyd olunur ki, artıq 15 gündür Kim Çen In yoxa çıxıb və ictimaiyyətə görünməyib. Hətta Şimali Koreyanın KİV-nin də liderlərinin fəaliyyətini, müxtəlif zavod və müəssisələrə, ölkənin fərqli yerlərinə səfərini hər zaman detallı şəkildə işıqlandırmalarına baxmayaraq, Kim Çen Inın hansısa tədbirdə iştirak etməsilə bağlı sonuncu məlumat 21 avqustda yayımlanıb.
Bu mənada, Kim Çen Inın Şimali Koreyanın 70 illik yubileyi münasibətilə 8 sentyabrda keçiriləcək təntənəli tədbirdən öncə yoxa çıxması xüsusi diqqət çəkib və bir növ narahatlığa səbəb olub. Həmçinin, sabah Çen In Cənubi Koreya prezidenti Mun Çje İnin xüsusi elçisi ilə görüş də keçirməlidir.