AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstanda sərhəddə baş verən atışmadan sonra cinayət işi açılıb

  • + A
  • - A
  • 28-01-2022, 12:31

    Qırğızıstanda sərhəddə baş verən atışmadan sonra cinayət işi açılıb

    Qırğızıstanın Daxili İşlər Nazirliyi Tacikistanla sərhəddə baş verən silahlı toqquşmadan sonra cinayət işi açıb. Azadmedia.az-ın məlumatına görə bu barədə idarənin mətbuat xidməti xəbər verib.
    Mənbənin məlumatına görə, Tacikistanın sərhəd xidmətinin hərbçiləri ağır odlu silahlardan istifadə edərək Batken vilayətinin mülki əhalinin yaşadığı Kok-Taş kəndinə hücum edərək, bununla da beynəlxalq müqavilələri pozublar. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı respublika Cinayət Məcəlləsinin “Sülh əleyhinə cinayət” maddəsi ilə iş başlanıb.

    Xatırladaq ki, cümə axşamı Tacikistan hərbçiləri Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən yolu bağladıqdan sonra qırğız və tacik sərhədçiləri arasında atışma baş verib.

    Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi onların ştatından iki nəfərin öldüyünü, daha on nəfərin yaralandığını bildirib. Ölənlər arasında sərhəd kəndinin sakini və təcili yardım maşınının sürücüsü də var. Xəsarət alanlar arasında 6 hərbçi və 4 mülki şəxs də var.

    Qırğızıstan prezidenti Sadır Japarovun tapşırığı ilə yaradılan xüsusi komissiya Qırğızıstan-Tacikistan sərhədində baş verən insidenti araşdıracaq.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR