AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tacikistan-Qırğızıstan sərhəd münaqişəsində xəsarət alanların sayı 46 nəfərə çatıb - YENİLƏNİB

  • + A
  • - A
  • 29-04-2021, 22:54


    Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin hərbçiləri arasında silahlı toqquşma zamanı təkcə Qırğızıstan tərəfindən 46 nəfərin xəsarət aldığı bildirilib.

    Bu barədə TASS ölkənin sərhəd xidmətinin məlumatına istinadən xəbər verib.

    Məlumata əsasən, onlardan ikisi ölüb, qalanları isə xəstəxanaya yerləşdirilib.

    Hazırda tərəflər arasında atəşkəs barədə razılaşmaya əsasən, bölgədə nisbi sabitlik hökm sürür.

    20:22

    Tacikistan hərbçiləri Qırğızıstanın Batken vilayətinin eyniadlı rayonunun Qızıl Bel kəndi istiqamətində ölkə ərazisinə hücum etməyə cəhd göstəriblər.

    Bu barədə TASS Qırğızıstan sərhəd xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

    Bildirilib ki, Qırğızıstan və Tacikistan sərhədçiləri arasında baş vermiş toqquşmalarda təkcə Qırğızıstan tərəfdən 2 nəfər ölüb, 26 nəfərsə yaralanıb.

    Bu arada Qırğızıstan parlamentinin sədri Talant Mamıtov Tacikistana cavab vermək üçün kifayət qədər hərbi gücə malik olduqlarını bəyan edərək qarşı tərəfə xəbərdarlıq edib.

    Ölkənin xarici işlər işlər naziri Rulan Kazakbayev isə tacikistanlı həmkarı Siracəddin Muhriddin ilə danışıqlara başladığını bildirib. Danışıqların məkanı açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR