AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda Penitensiar sistemdə islahatlar əsas məsələlərdəndir

  • + A
  • - A
  • 5-04-2022, 11:01

    Azərbaycanda Penitensiar sistemdə  islahatlar əsas məsələlərdəndir

    Azərbaycanda Penitensiar sistemdə islahatlar əsas məsələlərdəndir.
    Azadmedia.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. O bildirib ki, məlum olduğu kimi, hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil səviyyəsinin göstəricisidir: "Təsadüfi deyil ki, dövlətimiz bu sahəyə böyük önəm verir.
    Bu günlərdə cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni müəssisələr istifadəyə verilib. Məhkumların hüquqlarının təminatına daim xüsusi önəm verən ölkə Prezidenti cənab İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.
    Onu da qeyd etməliyəm ki, ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir. Belə ki, ötən dövrdə ölkə Prezidenti tərəfindən 6 minə yaxın şəxs əfv olunub. Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub.
    Eyni zamanda, burada təmsil olunan BQXK ilə sıx əməkdaşlıq sayəsində penitensiar sistemdə vərəmlə mübarizədə olduqca yüksək nailiyyətlər əldə edilib", - deyə nazir bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR