AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Şurası ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

  • + A
  • - A
  • 4-04-2022, 18:44

    Avropa Şurası ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

    Aprelin 4-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir xanım M.Buriç ilə 2019-cu ildə keçirilmiş görüşünü məmnunluqla xatırladaraq ötən müddətdə ölkəmizdə bir çox mühüm yeniliklərin baş verdiyini, xüsusilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi ilə bir milyona yaxın keçmiş məcburi köçkünlərimizin hüquqlarının bərpasına şərait yarandığını və onların öz doğma torpaqlarına qayıdışı ilə əlaqədar həmin ərazilərdə nəhəng bərpa quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.
    Azərbaycanın ötən il Avropa Şurasına üzvlüyünün 20 illiyinin qeyd edildiyinin vurğulandığı görüşdə xanım M.Buriç bu dövrdə ölkəmizin bir çox konvensiyalara qoşulmasının, həmçinin 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə uğurlu sədrliyinin əməkdaşlığın inkişafına geniş imkan yaratdığını vurğulayıb, Ədliyyə Nazirliyinin Avropa Şurası ilə konstruktiv əlaqələrə töhfəsini qeyd edib, səfərin dialoq və əməkdaşlığın davam etdirilməsinə xidmət etdiyini söyləyib.
    Avropa Şurası ailəsində daim firavanlıq olmasını arzulayan Baş katib üzv dövlətlər arasında sabit və davamlı sülhə nail olmaq üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
    Görüşdə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət planlarının uğurla həyata keçirildiyi, 2022-2025-ci illər üzrə qəbul olunan və müasir çağırışlara uyğun tədbirləri nəzərdə tutan növbəti Fəaliyyət Planının ikitərəfli əlaqələrə əlavə təkan verəcəyi qeyd olunub, Planın mühüm prioritetlərindən olan məhkəmə-hüquq islahatlarına toxunulub.
    Nazir F.Məmmədov dövlət başçısının rəhbərliyi ilə məhkəmə sistemindəki yeniliklər, Dünya Bankının iştirakı ilə yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradılması, o cümlədən ötən il ölkə Prezidentinin şəxsən iştirakı ilə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslərin istifadəyə verilməsi, “Elektron məhkəmə” sisteminin tətbiqi barədə məlumat verib, dövlət başçısının eyni zamanda cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunmasına xüsusi önəm verərək bu günlərdə onlar üçün yeni inşa olunmuş müasir penitensiar müəssisələrə baş çəkdiyini və şəraitlə tanış olduğunu vurğulayıb.
    Qonaq ədliyyə və məhkəmə sistemindəki yenilikləri təqdir edərək dövlətimizin bu sahələrdə infrastrukturların müasirləşdirilməsinə verdiyi önəmi xüsusilə qeyd edib, müasir texnologiyaların tətbiqinin şəffaflıq baxımından əhəmiyyətinə toxunub, hakimlərin və digər hüquqşünasların tədrisində, o cümlədən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və tətbiqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə maraq göstərib.
    Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, Avropa Şurasının tövsiyələrinin icrası, qanunvericiliyin təkmilləşdirilməsi, media və vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
    Tədbirdə Avropa Şurasının ölkəmizdəki Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş iştirak edib.
    Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR