AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə paylaşım edib

  • + A
  • - A
  • 10-04-2022, 09:06

    DİN Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə paylaşım edib

    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi rəsmi "Facebook" səhifəsində Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə paylaşım edib.

    Paylaşımda deyilir:

    "Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə Türkiyə Polisinin əməkdaşlarını ürəkdən təbrik edirik.

    Bu gün Türkiyə polisi xalqına və dövlətinə ləyaqətlə xidmət edir, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

    Biz Türkiyə polisinin bütün nailiyyətlərinə öz uğurlarımız qədər sevinirik.

    Əlamətdar gündə Türk Polis Təşkilatının hər bir əməkdaşına ən xoş arzularımızı yetirir, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq diləyirik"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR