"Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası İctimai Birliyi" Azərbaycan polisinin 102-ci ildönümü münasibətilə təbrik edir
Bu gün Azərbaycan polisinin yaranmasının 102-ci ildönümü qeyd olunur. Bütün bunları nəzərə alaraq, belə bir möhtəşəm və tarixi gün münasibətilə Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ictimai birliyinin kollektivi Azərbaycan Respublikasının Daxili İşlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazov başda olmaqla, xalqımızın və dövlətimizin firəvanlığı, sabahkı cəmiyyətimizin qüdrətli inkişafı naminə, hər bir polis əməkdaşını sidq ürəkdən təbrik edib, onların hər birinə gələcək fəaliyyətlərində yeni-yeni uğurlara qovuşmalarını arzu edirlər.