Prezident İlham Əliyev Qaya Məmmədovla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Qaya Məmməd oğlu Məmmədov Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, Q. Məmmədov bu vəzifəyə 2018-ci il oktyabrın 16-da təyin olunmuşdu. O bu təyinatadək Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi işləyirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.