AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident səfiri geri çağırdı

  • + A
  • - A
  • 16-01-2019, 10:14

    Prezident səfiri geri çağırdı















    Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

    Dövlət başçısı Gürsel Qüdrət oğlu İsmayılzadəni Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

    Qeyd edək ki, Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. 1987-1992-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsində təhsil alıb. 1992-1996-cı illərdə Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Ərəb Ölkələrinin müasir tarixi və iqtisadiyyatı şöbəsində elmi işçi, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib kimi çalışıb.

    1996-cı ilin oktyabrından XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tsukuba Universitetində yapon dilini öyrəndikdən sonra, Tokionun Cyoçi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub.

    Yaponiyada təhsildən sonra 2005-ci ilin yanvarında XİN-in İkinci (Şərq) Ərazi İdarəsinə birinci katib vəzifəsinə, 2005-ci ilin 5 sentyabrında Yaponiyadakı səfirliyə birinci katib vəzifəsinə təyin edilib, 2006-cı il 2 oktyabrda səfirliyin müşaviri vəzifəsinə irəli sürülüb.

    2010-cu ilin 5 yanvarından etibarən XİN-nin İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri vəzifəsində, 2010-cu ilin mayından 2011-ci ilin avqustunadək Nazirin katibliyinin müdiri, nazirin köməkçisi vəzifəsində çalışıb.

    16 avqust 2011-ci ildən prezidentin sərəncamı ilə Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR