AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İtaliya əlaqələri strateji xarakter daşıyır

  • + A
  • - A
  • 5-09-2022, 09:25

    Azərbaycan İtaliya əlaqələri strateji xarakter daşıyır

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Azərbaycanla İtaliya arasında əlaqələr son illər sürətlə inkişaf etməkdədir və siyasi dialoq olduqca fəaldır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması bu fikri bir daha təsdiq edir. Bu baxımdan Prezident İlham Əliyevin İtaliyaya növbəti uğurlu səfəri xüsusi əhəmiyyət daşıyır. Səfərdə bir çox mühüm məsələlər ətrafında geniş müzakirələr aparıldı.
    İkitərəfli əlaqələrdə önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək, Azərbaycan təhsilinin inkişafına töhfə verəcək.
    İkitərəfli əlaqələrdə digər önəmli bir istiqamət enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan İtaliyanı neftlə təchiz edən əsas ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində işləməyə dəvət edən ilk ölkə oldu və Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Bu qısa müddətdə əldə edilmiş mühüm nailiyyətdir.
    Hazırda Dünyada baş verən müxtəlif hadisələr səbəbindən dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qazın nəqli planlaşdırılır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.
    Heç şübhəsiz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji ölkəmizin resurslarının daha da inkişaf etdirilməsi istiqamətində çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyət üçün yol xəritəsidir.
    Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın azad etdiyi ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.
    Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Ölkəmiz hər zaman müxtəlif ölkələrlə əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Dövlətimizin hər zaman öz müstəqil siyasəti olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Artıq 30 ildir ki, ölkəmiz müstəqildir və Azərbaycan vətəndaşları əbədi olaraq müstəqil yaşamaq istəyirlər. Azərbaycan bu gün artıq sabit siyasi mövqeyə və iqtisadiyyata malikdir. Müstəqil və güclü olmaq üçün zamanında əsaslı maliyyə yatırımları edilib. Ölkəmizin inkişafında bu amillər çox ciddi rol oynayır.
    Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məqsədlərdəndir. Buna görə də yeni qlobal nizamın regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq istiqamətində ölkəmizin nələr əldə edəcəyi, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı ölkəmiz üçün çox önəmlidir.
    Təəssüflə onu da qeyd etmək lazımdır ki, müasir dünyada beynəlxalq hüquq normaları tamamilə pozulub. Beynəlxalq hüquq normaları Azərbaycanla bağlı da pozulub. Azərbaycan torpaqları işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdi və onlardan ciddi dəstək gözləyirdi. Ancaq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilmədi. Azərbaycan özü bu qətnamələrin icrasını həyata keçirdi. Bu gün ölkəmiz gələcəyə böyük nikbinliklə baxır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR