Fransa prezidenti Makronun Ermənistanla bağlı açıqlamasında təəccüblü heç nə yoxdur. Çünki Fransa daima ermənilərə dəstək olmaqla yanaşı dünyada qırmızı xəttlə qeyd edilən bir neçə erməni terror təşkilatı məhz Parisdə, məhz təhlükəsizlik xidmət orqanları tərəfindən yaradıb. Dünyada demokratik imic yaratmağa çalışan Fransa əslində türklərin və azərbaycanlılarla yanaşı öz vətəndaşlarının da ölümündə günahkardır. Fikir verin
1) "Erməni azadlıq hərəkatı" (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
2) "Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
3)"Gənc ermənilər ittifaqı" : Diplomatların oğurlanması ilə məşğul olan bu təşkilat 1990-cı ildə Fransada yaradılıb
4) "İntiharçılar eskadronu": 1981-ci ildə Parisdə yaradılmışdır. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmişdir.
Sizcə bunlar Fransanın Türkiyə və Azərbaycana qarşı siyasətini açıq bəyan etmirmi? Fransanın guya bunlardan xəbəri yoxdur? Xocalı soyqırımı günü Fransadan ermənilərə geyim və silahlar gəlməsini Makron danacaq indi ? Xocalı soyqırımı günü üstündə Melkonyan yazılan BMP zirehli maşının içində oturub insanların qətl edilməsini çəkən 31 jurnalistin 17-sinin Fransız olduğunu bilmir Makron ? Məhz Fransa hökumətinin maliyyə dəstəyi ilə Qarabağa gəlib soyqırımı çəkib sonra mediada azərbaycanlılar erməniləri öldürür deyə yazın tapşırığını verən Fransa təhlükəsizlik xidməti deyilmi ?
1978-79-cu illərdə Xomeynini hakimiyyətə hazırlayan fransızlar onun qarşısında Azərbaycanın şimalını işğal edin, İrana birləşdirən planını cızan Fransa deyildi? Hətta fransız xüsusi xidmət orqanları əməkdaşlarının İran Astarasında oturub cənub bölgəsinə kəşfiyyatçı göndərib yerli əhali arasında təbliğat aparıb İranla birləşmək ideyasını yayan da Paris deyildi ?
Orli hava limanında neçə neçə fransız, ingilis, Amerikanlının ölümü ilə nəticələnən terror hadisəsini törədən və 1985-ci il martın 3-ü məhkəmənin qərarı ilə Varujan Karapetyanı ömürluk həbs edib lakin sonradan onu azad edib Ermənistana göndərən Fransa deyilmi ?
Erməni Diasporu üzrə Araşdırmalar Mərkəzinin məlumatına görə, Fransadakı erməni icması 600 minə yaxın insanı əhatə edir ki, onların da 400 mini seçici hüququna malik şəxslərdir. Məhz bu ermənilərin səsini almaq üçün terrora göz yuman Fransa hansı demokratik sistemdən, dəyərdən danışa bilər ? Məgər kreslo yüzlərlə insanın ölümündən daha önəmlidir cənab Makron ? Bəs onda niyə bizə insan hüquqları barədə tələblər irəli sürürsünüz? Məgər insanların yanınızda dəyəri varmı ki, illərdir erməni terroruna kreslo üçün göz yumursuz ?
Yadınıza salım cənab Makron ? Gedib araşdırın...Parisdəki Necker (ünvan: 149, rue de Sèvres, Paris 15,France) adına xəstəxanada 1992-1995- ci illərdə Qarabağda əsir düşən uşaqların orqanların çıxararaq dünya qara bazarına çıxarılması həyata keçirilib . Özü də sizin və təhlükəsizlik orqanlarının gözü qarşısında . Bunu görmürdüz ? İstəmirdiz görəsiniz. Çünki o uşaqların orqanlarından gələn gəlir sizin ciblərinizə axırdı ....
Bəli..
Əlcəzairdə 1,5 milyon insanı, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini məhv edən Fransa indi hansı haqla özünü “insan haqlarının və demokratiyanın vətəni” sayır? Haqq-ədalətdən danışacaq ən sonuncu dövlət Fransadır. ..
Ona görə Makron bu cürə danışmaqla terrorçu mahiyyətini ortaya qoyur. Uşaq qatilləri, qadın və yaşlı insan qatilləri olan fransızlar və ermənilər yaxşı tapışmısınız.....
Biz unutmuruq., susuruq amma səbrin də həddi var. Bakıda, Azərbaycanda milyonlarla dollar qazanan şirkətləriniz də var. Unutmayın.. ..Qızıl yumurtaları itirəndən sonra başa düşəcəksiniz Azərbaycanın haqq səsini..
Dosent Zaur Əliyev