AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Federal Ticarət Komissiyası: Twitter-də son hadisələri dərin narahatlıqla izləyirik

  • + A
  • - A
  • 11-11-2022, 01:55

    ABŞ Federal Ticarət Komissiyası: Twitter-də son hadisələri dərin narahatlıqla izləyirik

    ABŞ Federal Ticarət Komissiyası (FTC) Twitter-dəki son hadisələri dərin narahatlıqla izlədiklərini bildirdi.
    Bəyanatda deyilir ki, yenidən işlənmiş qətnamələr uyğunluğu təmin etmək üçün yeni vasitələr təqdim edir və FTC onlardan istifadə etməyə hazırdır.

    FTC-nin bəyanatının İlon Maskın Twitter-i satın almasından sonra şirkətin yüksək səviyyəli təhlükəsizlik, məxfilik və uyğunluq rəsmilərinin istefalarından sonra gəlməsi diqqət çəkib.
    Azadmedia.az türk mediasına istinadla xəbər verir ki, ABŞ mətbuatında çıxan xəbərlərdə, Twitter-in məxfilik meneceri Damien Kieran və uyğunluq meneceri Marianne Fogarty-nin də istefa verdiyi bildirildi.

    Təhlükəsizlik və məxfilik sahələrində çalışan Twitter-in yüksək səviyyəli rəsmilərinin getməsi sosial media şirkətini tənzimləmə qaydalarını pozmaq riski ilə üzləşməsi kimi şərh edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR