Baş Prokurorluq tərəfindən bu gün Qubada “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda işgüzar konfrans təşkil ediləcək.
Azadmedia.az-ın konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə konfrans dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilir.
Qeyd edək ki, bu formatda silsilə konfranslar bundan əvvəl Gəncə, Lənkəran, Gədəbəy, Şəki şəhərlərində keçirilib.
Tədbirdə məhkəmə və hüquq-mühafizə orqanlarının, o cümlədən nazirlik və komitə nümayəndələrinin iştirakı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.