Ankarada Ümummilli liderin anım gününə həsr olunmuş
Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə TÜRKSOY binasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir keçirilib.
TurkicWorld-un məlumatına görə, Azərbaycan və Türkiyədən millət vəkillərinin, diplomatik korpusun nümayəndələrinin, dövlət rəsmilərinin, ziyalıların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Ümummilli liderə həsr olunmuş foto və kitab sərgisinin açılışı ilə başlayıb. İştirakçılara Ulu öndər Heydər Əliyevin mənalı həyat və fəaliyyəti ilə bağlı məlumat verilib.
Azərbaycan - Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə ucalmasına diqqət çəkib. Deputat 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq Türkiyənin hər zaman Azərbaycanla bərabər olacağını bildirib.
Türkiyə - Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar Ulu öndərin liderlik keyfiyyətlərini, Vətən sevgisini, xalqa bağlılığıni vurğulayıb, onun türk dövlətlərinin birliyinin əsasını qoyduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan -Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov Heydər Əliyevin hələ SSRİ rəhbərliyində olduğu dövrdə türk respublikalarında elm, mədəniyyət və təhsilin inkişafı üçün gördüyü işlərdən bəhs edib.
Onun yalnız Azərbaycanda deyil, bütün türk dünyasında xalq məhəbbəti qazandığını qeyd edib.
Çıxışlardan sonra TÜRKSOY-un yaranması və fəaliyyətindən bəhs edən "TÜRKSOY-un kutlu yolu" adlı kitabın təqdimatı keçirilib.
Kitabı hazırlayan Sabir Şahtaxtı çıxış edərək kitabın ərsəyə gəlməsi prosesi barədə məlumat verib. Bildirib ki, kitab TÜRKSOY-a xüsusi diqqət yetirən Ümummilli lider Heydər Əliyevin sözləri ilə başlayır.
Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu TÜRKSOY-un türk dövlətləri tərəfindən yaradılmış ilk təşkilat olduğunu diqqətə çatdırıb və bu təşkilatın uğurunun türk dövlətlərinin digər təşkilatlarının yaranmasına gətirib çıxardığını qeyd edib.
Tədbirin sonunda fəxri fərmanlar və Sabir Şahtaxtıya adıçəkilən kitaba görə TÜRKSOY-un təsis etdiyi "Əhməd Cavad -130" medalı təqdim edilib.