1 yanvar tarixində nüfuzlu Foreign Policy jurnalı “2023-cü ildə izləniləcək 10 Münaqişə” adlı məqalə dərc etdi. Məqalədə Ukrayna müharibəsindən tutmuş, İran, Yəmən, Efiopiya, Konqo, Pakistan, Tayvan və Ermənistan-Azərbaycan münasibətlərinə qədər 10 ən kəskin münaqişədən bəhs edilir. Müəlliflərin fikrincə 44 günlük müharibədən 2 il sonra tərəflər yeni müharibə istiqamətində hərəkət edirlər. İrəvanın isə 2 il müddətində güclü ordu yarada bilmədiyi, Rusiyanın isə Ukrayna müharibəsinə başı qarışdığı vaxtda Azərbaycan Aİ ilə yeni strateji əhəmiyyətli qaz memorandumu imzalamış, öz hərbi potensialını artırmış və Türkiyə ilə hərbi əməkdaşlığı yeni mərhələyə qaldırmışdır.
Analitiklər bundan belə nəticəyə gəlirlər ki, yeni müharibə 44 günlük müharibədən fərqli olaraq daha qısamüddətli olub, Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşacaqdır.
Mövqe tutarlı arqumentlərlə əsaslandırılsa da, jurnal oxucunu potensial müharibənin fundamental səbəbləri ilə tanış etmir. Necə deyərlər: suallara cavab bizi ağıllı, sualın mahiyyətinin dərk edilməsi isə bizi müdrik edir. Potensial müharibənin səbəbi − Ermənistan və vasitəçilərin destruktiv siyasətidir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.