AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Yaponiya nümayəndəsini qəbul etdi — YENİLƏNİB

  • + A
  • - A
  • 8-03-2018, 13:16

    Prezident İlham Əliyev Yaponiya nümayəndəsini qəbul etdi — YENİLƏNİB














    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.
    AZTB.info xəbər verir ki, Tomohiko Taniguçi Yaponiyanın baş naziri Şinzo Abenin salamlarını dövlət başçısına çatdırıb.

    Tomohiko Taniguçi Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib və Yaponiyada insanların bu hadisədən dərin kədər hissi keçirdiklərini qeyd edib. O bildirib ki, Yaponiya Azərbaycanın İslam aləmində sabitlik, təhlükəsizlik və qarşılıqlı anlaşmada roluna xüsusi əhəmiyyət verir. Sonra Tomohiko Taniguçi Yaponiya hökuməti tərəfindən Azərbaycana təcrübəli səfirin göndərilməsini əlaqələrimizin inkişafına verilən önəm kimi dəyərləndirib.

    Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib. Daha sonra Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan dövlət başçısı Yaponiya hökumətinin Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan başlayaraq və bu gün də davam edən dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev, həmçinin Yaponiya bank sektorunun ölkəmizdə infrastrukturun müasirləşdirilməsi işinə göstərdiyi köməyin önəmini qeyd edib və bildirib ki, bu gün ölkələrimiz arasında qarşılıqlı anlaşma və tərəfdaşlıq prinsiplərinə söykənən çox yüksək səviyyədə ikitərəfli münasibətlər mövcuddur.

    Dövlət başçısı Yaponiyanın Azərbaycanda təyin olunmuş səfirinin Azərbaycanın dostu olduğunu və Yaponiya hökumətinin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin reallaşmasında fəal rol oynadığını bildirib.
    Görüşdə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi, bank sektoru, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Dövlət başçısı baş nazir Şinzo Abenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Yaponiyanın baş nazirinə çatdırmağı xahiş edib.

    ***

    "Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.

    Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR