Çeçenistan Milli Qvardiyasının 300-ə yaxın OMON döyüşçüsü Ukraynadakı hərbi əməliyyatlar zonasına gedib. Azadmedia.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib. Döyüşçüləri Çeçenistan parlamentinin sədri Maqomed Daudov, respublika hökumətinin baş nazirinin müavini Abuzayd Vismuradov və Rusiya Qvardiyasının departamentinin rəhbəri Şarip Delimxanov aparıblar.
“Bu gün Çeçenistan Respublikası Milli Qvardiyasının “Axmat-1” çevik polisinin 300-ə yaxın döyüşçüsü Rusiya Qəhrəmanı Axmat-Xadji Kadırov adına Qroznı Beynəlxalq Hava Limanından cəbhə xəttindəki qardaşlarına kömək etmək üçün irəliləyib”, - Kadırov Telegram-da yazıb.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada hərbi əməliyyat keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.