AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Putinin yerinə olsaydım, Ukraynanı çoxdan ələ keçirərdim" - Kadırov

  • + A
  • - A
  • 25-01-2022, 19:00

    "Putinin yerinə olsaydım, Ukraynanı çoxdan ələ keçirərdim" - Kadırov

    "Prezident Putin olsaydım, Ukraynanı çoxdan götürərdim və hər şeyi qaydasına salardım".

    Bunu Çeçenistan rəhbəri Ramazan Kadırov deyib.

    Kadırov bildirib ki, o, Rusiya prezidenti olsaydı, "Ukraynanı çoxdan ələ keçirər, ora qoşun göndərər və hər şeyi qaydaya salardı". Onun videoya çəkilən təklifini İnstaqramda respublika parlamentinin sədri Maqomed Daudov yayıb.

    Kadırov vurğulayıb ki, Ukrayna hazırda ABŞ-nin nəzarəti altındadır və Vaşinqtonu Rusiya sərhədləri yaxınlığında yeni hərbi baza yerləşdirməyə çalışmaqda və Ukraynaya tamamilə biganəlikdə ittiham edib. O hesab edir ki , ukraynalılar özləri buna müqavimət göstərmək istəmirlərsə, o zaman Moskva hərəkətə keçməli və ölkəni ilhaq etməlidir.

    Kadırov onu da etiraf edib ki, o, prezident Vladimir Putinə tabedir:

    "Mən onun piyadasıyam... Təsəvvür edin, Rusiya hər il respublikaya, Çeçenistan Respublikasının əhalisinin saxlanmasına 300 milyard pul xərcləyir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR