İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanla bağlı məsləhətləşmələr üçün gələn həftə Rusiyaya gələcək. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov məlumat verib. O, səfərin tarixlərini açıqlamayıb, lakin bunun “Təhlükəsizlik Şurasının himayəsi altında keçirilən tədbir” olduğunu qeyd edib.
Kabulov bildirib ki, İran rəsmisi bir neçə ölkənin təhlükəsizlik şuralarının rəhbərləri səviyyəsində Əfqanıstanla bağlı çoxtərəfli görüşdə iştirak edəcək. “Bu, planlaşdırılan tədbirdir, çoxdan başlayıb. Əsas mövzu Əfqanıstan olacaq”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Məsləhətləşmələr zamanı İran ətrafında vəziyyətin müzakirə olunub-olunmayacağı ilə bağlı dəqiqləşdirici suala o, belə cavab verib: “Mənim bildiyimə görə, gündəmdə belə bir şey yoxdur”.
Xatırladaq ki, Yanvarın 28-də naməlum pilotsuz təyyarələr İsfahandakı hərbi obyektə hücum edib. Rəsmi olaraq heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Media hücumun potensial təşkilatçıları kimi İsrail, ABŞ və Ukraynanın adını çəkib. ABŞ hər hansı müdaxiləni təkzib edib. ISNA xəbər verir ki, İran rəsmiləri pilotsuz təyyarələrin istehsalçısını müəyyənləşdirib, onun adı açıqlanmayıb. Fevralın 2-də İran zavoda hücumda rəsmi olaraq İsraili ittiham edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.