ABŞ-ın ərazi suları üzərində vurulan Çin şarının strateji hədəfləri izləmək üçün istifadə edilib. Azadmedia.az xəbər verir ki, bu barədə müdafiə naziri Lloyd Austin bildirib. Qeyd edək ki, suyun üstündəki aparatın məhv edilməsinə prezident Co Bayden icazə verib.
"ABŞ-ın materikindəki strateji hədəfləri izləmək üçün istifadə edilən hava şarı ABŞ-ın ərazi suları üzərində vurulub", - Ostin bəyanatında bildirib.
Baydenin özü hərbçilərə Çin aparatının uğurla məhv edilməsinə görə təşəkkür edib, onu vurmaq əmri verdiyini təsdiqləyib.
ABŞ dövlət katibi Entoni Blinkenin Çinə planlaşdırılan səfərindən bir müddət əvvəl Şimali Amerikanın Montana ştatı üzərində səmada böyük bir şar görünüb. Associated Press xəbər verir ki, şar təxminən 60 min fut (təxminən 18 km) hündürlükdə uçub və üç məktəb avtobusu ölçüsündə olub. Pekin cihazın meteoroloji məqsədlər üçün istifadə edildiyini iddia edir. ÇXR-in məlumatına görə, şar kursdan keçərək ABŞ-a gəlib. Buna baxmayaraq, dövlət katibinin səfəri ləğv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.