AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pentaqon rəhbəri Lloyd Ostin Tiflisdə nələri müzakirə edəcək?

  • + A
  • - A
  • 17-10-2021, 20:11

    Pentaqon rəhbəri Lloyd Ostin Tiflisdə nələri müzakirə edəcək?
    Pentaqon rəhbəri Lloyd Ostin gələn həftə Ukrayna və Gürcüstana səfəri zamanı iki ölkənin NATO üzvlüyünün perspektivlərini müzakirə edəcək.

    Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

    Məlumata görə, Ostin həm Gürcüstanda, həm də Ukraynada NATO-nun hər iki ölkəyə qapısının açıq olduğunu bildirəcək və bu ölkələri müdafiə ittifaqına üzv olmaq üçün zəruri dəyişiklikləri etməyə çağıracaq.

    Bundan əlavə, Ostin Rumıniyaya da səfər edəcək. O, üç ölkənin liderləri ilə Qara dənizdəki vəziyyəti müzakirə edəcək.

    "Hər üç ölkə Qara dənizlə həmsərhəddir, buna görə Ostin liderlərlə təhlükəsizlik mövzusunda danışacaq, bu ölkələr arasında əməkdaşlığı gücləndirməyə çalışacaq", - deyə nazirlik bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR